26 avqust 2019 13:16
148

Prezident seçkilərində 2 mindən çox məntəqə bağlı olacaq

Əfqanıstandakı Müstəqil Seçki Komissiyasının (MSK) məlumatına görə, bu ölkədə avqustun 28-də keçiriləcək prezident seçkiləri günü təhlükəsizlik səbəbindən 2 mindən çox seçki məntəqəsi bağlı olacaq və cəmi 5 mindən artıq məntəqə fəaliyyət göstərəcək.

AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, nəzərdə tutulan 7 385 seçki məntəqəsindən 5 375-i açıq olacaq. Paytaxt Kabildə 558 seçki məntəqəsi bağlı olacaq. Seçkilərin keçirilməsində ən çox təhlükə gözlənilən yerlər isə Badğiş, Ghor və Fərəh əyalətləridir. Qəzni əyalətində 406 seçki məntəqəsindən 159-u bağlı olacaq. Helmand, Pəncşir, Bamiyən əyalətlərində də bəzi məntəqələrdə səsvermə keçirilməyəcək.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Ruhulla Əhmədzayi bildirib ki, ordu və polis seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə tədbirlər həyata keçirirlər. Millət vəkilləri isə təhlükəsizlik qüvvələri ilə MSK arasında sız əlaqənin zəruriliyini bildiriblər. Parlamenti üzvü Əbrarullah Murad bildirib ki, 2 mindən çox seçki məntəqəsinin bağlanılması təhlükəli əyalətlərdə genişmiqyaslı antiterror əməliyyatlarının keçirilməsi zərurətini də aradan qaldıracaq.