28 iyul 2020 11:54
879

Qazaxıstanda koronavirusa yoluxma sürətlə artır

Qazaxıstanda son sutka ərzində koronavirusa 1526 yeni yoluxma faktı aşkarlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 84 648 nəfərə çatıb. İndiyədək 52,5 mindən çox xəstə sağalıb, 610 ölüm halı qeydə alınıb.