19 avqust 2019 12:29
977

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.