10 aprel 2019 10:51
11843

Qulaqda küy nələrin əlamətidir?

Mütəxəssislər bəzi insanların qulaqlarında yaranan səs-küyün  obyektiv və subyektiv olmaqla iki yerə ayrıldığını bildiriblər.

Obyektiv səs-küy qulaqdakı səsləri xəstə ilə birlikdə başqalarının da eşitməsi halıdır. Subyektiv səs-küy isə səsləri sadəcə xəstənin özü eşidir.  Qulaqda səs-küyün səbəbi əksər hallarda sadə səbəblərlə yanaşı, ciddi problemlər də ola bilər. Tez-tez qarşılaşılan səbəbləri isə daxili qulaqda yer alan eşitmə sinir uclarındakı zədələnmə, qulaq kiri, qulaq pərdəsindəki problemlər, qulaq infeksiyaları, allergik rinit, sinüzit, qulaq bölgəsində baş verən zədələr, orta qulaqda maye yığılması, orta qulaq sümüklərində oynaq yerlərinin sərtləşməsi, orta qulaqda yerləşən əzələlərin sıxılması, hamiləlik, ya da artıq çəki ilə bağlı yaranan qulaq problemləri, orta qulaq arteriya anomaliyaları, baş və boyun bölgəsindəki damar genişlənmələri, tarazlıq və eşitməni təmin edən sinirlərdəki şiş (akustik nörinom), boyun onurğalarının kirəclənməsi, diabet, troid hormon pozuqluqları və B12 vitaminin çatışmazlığı ilə bağlıdır.

Bunlardan əlavə, qulaqda səs-küyün yaranması beyin şişi ilə əlaqəli də ola bilər. Qulaqda səs-küy  ilə bağlı problemlər tez-tez yaşanırsa, gecikmədən bir ENT mütəxəssisinə müraciət etməlisiniz. Bu vəziyyətdə müalicə fərqli ola bilər. Bu sahədə ixtisaslaşmış bir həkimə müraciət etmək və qulaqda yaranan səs-küyün gerçək səbəbini tapmaq vacibdir.

Röya Rasimqızı, “İki sahil”