29 oktyabr 2026 23:53
128

Rəşad Yelkiyev Əbu-Dabi Böyük Dəbilqəsində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Əbu-Dabi Böyük Dəbilqəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Rəşad Yelkiyev Əbu-Dabi Böyük Dəbilqəsində üçüncü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz bu qarşılaşmada Özbəkistan təmsilçisi Dilşodbek Hamroyevlə üz-üzə gəlib.

Yelkiyev rəqibi üzərində qələbə qazanaraq turnirin bürünc medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan millisinin Əbu-Dabi Böyük Dəbilqəsində qazandığı medalların sayı üçə yüksəlib. Gün ərzində Könül Əliyeva və Balabəy Ağayev qızıl, Rəşad Yelkiyev isə bürünc medal qazanıb. 

Təbriklər, Rəşad!