28 yanvar 2021 15:57
866

Rusiya müəssisəsinə 1 140 ton buğdanın Azərbaycana ixracına icazə verilib

Rusiyanın Çuvaşiya Respublikasından və Ulyanovsk vilayətindən Azərbaycana 1 140 ton buğda ixrac olunacaq.

"İki sahil" apa-ya stinadən xəbər verir ki, qurum tərəfindən tədarük olunacaq məhsul yanvar ayında fitosanitar nəzarətdən keçirilib və Azərbaycana tədarükünə dair icazə verib. Məhsul Azərbaycana dəmiryol vasitəsilə çatdırılacaq.

Tədarük Ulyanovsk vilayətinin Dimitrovqraq şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisəsi tərəfindən həyata keçiriləcək.