Rusiya Federasiyasının İnsan hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova iki xalq arasında münaqişələrin həlli üçün müvafiq olaraq Azərbaycan və Ermənistan ombudsmanları Səbinə Əliyeva və Arman Tatoyanla qarşılıqlı fəaliyyət göstərməyə hazırdır. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya müvəkkilinin mətbuat xidməti məlumat verib.
“24 iyul 2020-ci il tarixində kütləvi informasiya vasitələrinin monitorinqindən məlum olan Azərbaycan və erməni xalqlarının nümayəndələri arasında Moskva şəhərində başlanmış iğtişaşlardan son dərəcə narahatam”, - məlumatda deyilir.