10 yanvar 2020 11:34
611

Rusiya tankeri Türkiyəyə məxsus gəmini batırdı

Türkiyənin Kilyos yaşayış məntəqəsi (İstanbulun Qara dəniz hissəsində yerləşir) sahillərində Rusiya bayrağı ilə  üzən tankerlə toqquşduqdan sonra batan Türkiyəyə məxsus balıqçı gəmisindən 3 nəfər xilas edilib, 3 nəfərin axtarışları isə davam edir.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Sahil Mühafizə Komandanlığından bildirilib ki, hadisə yerli vaxtla saat 06.30-da İstanbul boğazından 5 mil Şimal-qərbdə baş verib.

Tanker Rusiyadan İzmir istiqamətində hərəkət edirmiş.

3 nəfər bölgədəki balıqçılar tərəfindən xilas edilib.

Məlumata görə, digər 3 nəfərin axtarışlarına 2 gəmi və helikopter cəlb edilib.