Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq Prezidenti Corc W. Buşun 2008-ci ilə birgə rəqs etdiyi video yayılıb.
“İki sahil” Türkiyə KİV-nə istinadən xəbər verir ki, video V.Putinin hakimiyyətə gəlməsinin 20-ci ildönümü ilə əlaqədar Kreml tərəfindən yayımlanıb.
Putinin hakimiyyətdə olduğu dövrdə reallaşdırdığı görüşlərindən, tətillərindən və şəxsi həyatından foto və videoların yayımlandığı xronologiyada ən çox diqqəti cəlb edən Putinlə ABŞ-ın sabiq Prezidenti Buşun rəqdi olub.
Görüntülər Buşun 6 aprel 2008-ci il tarixində ABŞ prezidenti kimi Rusiyaya səfəri zamanı lentə alınıb.
Soçidə Buşun şərəfinə verilən şam yeməyi zamanı səhnəyə çıxan rus rəqqasələr “Madam madam” mahnısına rəqs etdiyi zaman Putinlə Buş da onlara qoşulub.