12 noyabr 2019 10:53
493

Sabiq nazir Avropada həbs edildi

Dağıstanın keçmiş Mətbuat və İnformasiya naziri Nəriman Hacıyev həbs olunub.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, eks nazir Sloveniyada saxlanılıb.

Məlumata görə, hazırda tərəflər onun Rusiyaya ekstradisiyası məsələsini müzakirə edir.

Qeyd edilir ki, N.Hacıyev 2011-2012-ci illərdə büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə axtarışa verilib.