04 iyun 2020 10:47
1523

Saçlarınız hər zaman baxımlı olsun

Saçlarınızın daha sağlam görünməsini istəyirsinizsə, təqdim edəcəyimiz praktik saç maskaları ilə saçlarınızı canlandıra və onların tökülməsinin qarşısını ala biləcəksiniz.

Yumurta maskası

Yumurta maskası saçlarımızın daha sürətli böyüməsinə və parlaq görünməsinə və saçlarınızın tökülməsinə faydalı olacaq.Onun hazırlanması olduqca sadədir: belə ki, qabda 1 yumurta sarısı, 1 stəkan süd, 2 xörək qaşığı limon suyu və 2 xörək qaşığı zeytun yağı əlavə edərək qarışdırın.Qarışığın saçınıza daha yaxşı nüfuz edə bilməsi üçün saçları dəsmal ilə örtün. Maskanı 20 dəqiqə saçınızda saxlayaraq soyuq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Bananlı saç maskası

Banan maskası saçınızın itirdiyi nəmi bərpa edir. Bu şəkildə saçlarınız daha parlaq və yumşaq görünür. Daimi istifadədə kəpək problemlərini azaldan banan maskasını hazırlamaq üçün bir qabda 2 ədəd soyulmuş banan, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı kokos yağı və 1 xörək qaşığı balı yaxşıca qarışdırın. Tamamilə həll olunmuş qarışıq əldə etdikdən sonra qarışığı baş dərinizə və saçınıza masaj hərəkətləri ilə tətbiq edin. Maskanı saçınızda 10 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Qatıqlı saç maskası

Qatıq maskası tərkibindəki B və D vitaminləri sayəsində saçları qidalandırır və nəmləndirir. Daimi istifadədə saçımızın zədələrə davamlılığını artırır və qırılmaların qarşısını alır. Qarışıq üçün, bir qaba 5 yemək qaşığı qatıq, 1 yemək alma sirkəsi və 1 xörək qaşığı bal əlavə edərək, maddələri yaxşıca qarışdırın. Maskanı 15 dəqiqə saçınızda saxlayaraq soyuq su ilə durulayın. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Avokado saç maskası

Avokado maskası saçlarımızın itirdiyi canlılığı bərpa edir və tərkibindəki Omega-3 yağ turşuları sayəsində daha sürətli böyüməsini təmin edir. Daimi istifadədə elektrikləşmə və şişkinlik problemlərinin qarşısını alır. Hazırlanması qaydası belədir: Bir qabda 1 kiçik avokado, yarım stəkan süd, 1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı badam yağı əlavə edin. Bütün maddələri yaxşıca qarışdıraraq, baş dərinizdən uclara kimi çəkin. Maskanı 15 dəqiqə saçınıza saxlayaraq soyuq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Samirə İsmayılova,

“İki sahil