11 fevral 2020 10:40
2208

Səhnəyə transparan geyimdə çıxdı - FOTO

Fələstin əsilli amerikalı supermodel Gigi Hadid transparan geyimdə podiuma çıxıb.

"İki sahil" xəbər verir ki,  Gigi Hadid Tom Ford Amerika  brendinin payız-qış geyim sezonu ilə bağlı təşkil olunan tədbirdə səhnəyə transparan geyimdə çıxıb. Modelin fotosu "Tom Ford"un rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

24 yaşlı supermodel publikaya Nyu-Yorkda moda həftəsində  səhnəyə  alt geyim olmadan qara şəffaf paltarda çıxıb. Hadidin geyimi altdan bədəninə məxməri bantla bəzədilərək bərkidilib.