08 noyabr 2019 11:30
73

Serbiyalı heyət Aqrar Elm və İnnovasiya Mərkəzində 

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Serbiya Respublikasının “Agrounik” şirkətinin nümayəndələri ilə görüşüb. Mərkəzin direktoru qonaqlara son illər həyata keçirilən aqrar islahatlar haqqında geniş məlumat verib. Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutları, eksperimental təcrübə stansiyaları, dayaq məntəqələri, yardımçı təsərrüfatlar, eyni zamanda  regional aqrar elm mərkəzlərinin fəaliyyəti haqqında serbiyalı qonaqlara geniş informasiya verilib.

"İki sahil" xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Uros Djordjevic təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Qonaq bildirib ki, “Agrounik” şirkəti biotexnologiya sahəsində elmi-tədqiqat işləri aparmaqla yanaşı, üzvü gübrə və bitki mühafizə dərmanlarının istehsalı ilə məşğuldur. Bu bioloji pereparatlar bir neçə funksiyanı özündə birləşdirməklə bitkilərdə qısa vaxtda boy və məhsuldarlıq göstəricilərini yaxşılaşdırır, eyni zamanda məhsulun əldə olunmasına xərclənən maya dəyərini xeyli aşağı salır.

Görüşdə gələcək elmi əməkdaşlığın istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.