24 aprel 2019 12:15
1240

Şifrə seçərkən diqqətli olun

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi məşhur şifrələrin siyahısını tərtib edib. Bu şifrələr şəxsi məlumatların, sosial şəbəkələrdə səhvələrin, mobil bankaların istifadəsi zamanı istifadə olunur.  Tədqiqat üçün “Haveibeenpwned.com” saytının yaratdığı Troya Xanta bazasından istifadə olunub. Resurs nəhəng şifrə və akkauntların bir yerə toplanması üçün istifadə olunur. Arxiv portalı ən zəif şifrələr baza toplusuna çevrilib.

Ən çox məşhurluq qazanmış kombinasiya “123456” şifrəsidir. Bu şifrədən 23,2 milyon istifadəçi istifadə edir. Aşağıda sadalanan şifrələr içərisində sizlərin də istifadə etdiyiniz şifrə varsa, onu dəyişməyiniz məsləhətdir, çünki aparılan araşdırmalar göstərib ki, bu şifrələr uğursuz və ən çox istifadə olunan şifrələrdir:

* 123456 - 23,2 milyon insan

* 123456789 - 7,7 milyon;

* Qwerty - 3,8 milyon;

* Password (şifrə sözü ingilis dilində) - 3,6 milyon

* 11111111 - 3,1;

* 12345678 - 2,9 milyon;

* Abc123 - 2,8 milyon;

* 1234567 - 2,5 milyon;

* password1 - 2,4 milyon;

* 12345 - 2,3 milyon

* 1234567890 - 2,2 milyon;

* 123123 - 2,2 milyon;

* 000000 1,9 milyon;

* iloveyou - 1,6 milyon;

* 1234 - 1,3 milyon;

* 1q2w3e4r5t - 1,2 milyon;

* Qwertyuiop - 1,1 milyon;

* 123 - 1,02 milyon;

* Monkey (meymun sözü ingilis dilində) - 980 min;

* Dragon (əjdaha sözü ingilis dilində) - 968 min.

Əgər sizlərdən biri bu şifrəni istifadə edirsə, deməli, sizin bu şifrə verilənlər bazasına daxil olub və bədəməl insanların istifadə edə biləcəyinə səbəb ola bilər. Ən optimal variant çətin konbinasiyalardan istifadə etmək, hansı ki, oraya müxtəlif hərflər, rəqəmlər və simvollar daxil olsun. Belə olduqda bədəməl insanların sizin şifrənizi qıra bilmək kimi şansı olmayacaq.

Könül Cavid, “İki sahil”