05 noyabr 2019 13:38
257

SOCAR-ın illik neft-qaz hasilatının 70 %-ə qədəri sahilə "Neft Daşları"ndan ötürülür

"Neft Daşları" Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 %-ə qədər olan hissəsi sahilə məhz "Neft Daşları"ndan ötürülür."

"İki sahil"in məlumatına görə,  bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları" - na təşkil edilmiş media-tur zamanı bildirib.

İ. Əhmədov qeyd edib ki, burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə- Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir: “Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir. Stansiya 1994-cü ildə gündəliik 4.2 mln kubmetrlik layihə gücü ilə istismara verilib. Sonradan aparılmış modernizasiya nəticəsində onun ötürücü gücü 11 mln m3/gün-ə çatdırılıb. SKS-də alçaq təzyiqli qaz ilkin olaraq girişdə separasiya olunaraq, kompressorlarda 5 atm-dən 19 atm-ə qədər sıxılır."

Orxan Vahidoğlu,

"İki sahil"