12 iyun 2026 17:15
192

SOCAR və bp-nin AÇG-də pilot layihəsi uğurla nəticələnib - VİDEO

SOCAR rəsmi sosial şəbəkə hesablarında “Azəri-Çıraq-Günəşli” yatağında həyata keçirilən birgə pilot layihənin uğurla başa çatdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, qabaqcıl texnologiyalar, güclü tərəfdaşlıq və innovativ yanaşmalar SOCAR və bp-nin “Azəri-Çıraq-Günəşli” yatağında birgə həyata keçirdiyi pilot layihənin uğurlu icrasında mühüm rol oynayıb: “Layihə hasilatın artırılması və əməliyyatların optimallaşdırılması baxımından innovativ həllərin effektivliyini bir daha təsdiqləyib. “Mərkəzi Azəri” platformasından qazılan “B18W” quyusunda təxminən 1,1 km uzunluğunda horizontal açıq lülənin tətbiqi, eləcə də qabaqcıl qazma və tamamlama texnologiyalarından istifadə layihənin müvəffəqiyyətlə həyata keçirilməsinə mühüm töhfə verib.”