11 avqust 2020 12:42
1099

Svetlana Tixanovskaya ölkəni tərk etdiyini təsdiqlədi -  VİDEO

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk etdiyini təsdiqləyib.

Bu barədə o, videomüraciətində bildirib. Tixanovskaya Belarusu tərk etmək qərarını özünün qəbul etdiyini deyib.

Xatırladaq ki, daha əvvəl Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus "Twitter" hesabında yazıb ki, “Svetlana Tixanovskaya təhlükəsizdir, o Litvadadır".

“Bilirəm ki, çoxları məni başa düşəcək, çoxları ittiham edəcək, hətta nifrət edənlər də ola bilər. Ancaq məni başa düşməyinizi istəyirəm... Uşaqlar bu həyatda daha vacibdir”.

Bazar günü Belarusda prezident seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko 80,08%, Svetlana Tixanovskaya 10,09% səs toplayıb. Xanım namizəd MSK-nın elan etdiyi nəticələri tanımadığını bəyan edib. //Azvision.az