Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətini yenidən ənənəvi qaydada davam etdirəcək.
“İki sahil" xəbər verir ki, bu barədə klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Klinika professorlar, dosentlər və peşəkar tibbi heyətlə yenidən xidmətinizdədir”, - klinikanın açıqlamasında deyilir.
Xatırladaq ki, klinika ölkədə pandemiya ilə mübarizə çərçivəsində koronavirus xəstəxanasına çevrilmişdi və fəaliyyətini bu istiqamətdə təşkil etmişdi.