11 sentyabr 2019 17:57
101

Tələbələrin Prezident təqaüdünə layiq görülməsi dövlətin təhsilə diqqət və qayğısının təzahürüdür

Tələbələrin Prezident təqaüdünə layiq görülməsi dövlətin təhsilə və gənclərə diqqət və qayğısının təzahürüdür.

Bu fikri AZƏRTAC-a müsahibəsində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin direktoru, Əməkdar müəllim Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, 2019-2020-ci tədris ilində 183 şagird liseyi bitirib. Onlardan 51-i qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Məzunlardan 7 nəfər qızıl, 3 nəfər gümüş medala layiq görülüb. Tələbə adını qazanan məzunlardan 5 nəfərinin Prezident təqaüdünə layiq görülməsi bizi bir daha qürurlandırdı, yeni tədris ilində daha əzmlə çalışmağımıza stimul oldu.

“Əminəm ki, təqaüdçü tələbələr onlara göstərilən etimadı doğruldacaqlar. Məzunlarımız şagirdlərimizə nümunə olacaqlar”, - deyə Mehriban Vəliyeva vurğulayıb.