13 yanvar 2021 15:26
1357

Top 10 qeyri-adi veb-səhifəyə daxil olmusunuzmu?

Hər gün müxtəlif veb-səhifələrə baş vururuq, lakin bəzi maraqlı və qeyri-adi saytlardan xəbərsizik.

Keçmişə səyahət - geacron.com

Bu saytda eramızdan üç min il əvvəldən indiyə qədər dünya xəritəsinin necə dəyişdiyini görmək olar. Bir kliklə qədim dövlətlər, imperiyalar və ya tarixi epoxalar haqqında informasiyalar əldə edə bilərsiniz.

“Klav” yarışları - klavogonki.ru

Bu saytda klaviaturada mətn yazmaq sürətinizi artırmaq üçün məşq edə bilərsiniz. Monitorda göstərilən mətni nə qədər tez yazsanız, ekranda sizin virtual avtomobiliniz daha sürətlə hərəkət edəcəkdir. Müxtəlif insanlarla və ya dostlarınızla sayta girərək, həm yazı vərdişinizi inkişaf etdirə, həm də oynayaraq əylənə bilərsiniz.

Təsadüflər axtarışında - randominio.com

Randominio resursu sizi bir kliklə təsadüfi bir sayta aparacaq, sonsuz İnternet genişliklərini fəth etməyə kömək edəcəkdir. Heç bir mənbəni bəyənmirsinizsə, yalnız xüsusi düyməni basın və "səyahətinizə" davam edin.

Skrinşot - web-capture.net

Bu servisdən istifadə etməklə bütün veb-səhifənin şəklini skrinşot etmək və “JPG” və ya digər bir formatda yadda saxlamaq olar.  Skrinşotlar e-mail ünvanına da göndərilə bilər.

Virtual oyunların elektron muzeyi - pica-pic.com

Burada xarici və ya “Elektronika” şirkətinə aid Sovet oyunları var. Saytda ilk elektron oyuncaqlara baxmaqla yanaşı, oynamaq da mümkündür.

İnternetin təkamülü - Evolutionoftheweb.com

Bu saytda qlobal internet şəbəkəsinin təkamülü, inkişaf etapları, texnologiyaların tətbiqi, həmçinin şəbəkə istifadəçilərinin sayının və istehlak edilmiş trafikin miqdarının qrafiklərinə baxmaq mümkündür.

İnteraktiv Mendeleyev cədvəli - ptable.com 

Saytda bütün aşkar edilmiş kimyəvi elementlərlə bağlı məlumatlar toplanıb. Kimya üzrə biliklərini təzələmək istəyən insanlar üçün çox faydalı bir saytdır.

Nə vaxt yataq? - sleepyti.me

Bu əlverişli və sadə resurs sizə nə vaxt yuxudan oyanmaq istədiyinizə uyğun olaraq nə vaxt yatmalı olduğunuzu bildirir.

Pulsuz faks yollama myfax.com

Bu saytın köməyi ilə tamamilə pulsuz faks yollamaq mümkündür.

Planetimiz necə dəyişir? - world.time.com

Bu unikal sayt bir dəqiqədə Yerin son iyirmi il ərzində necə dəyişdiyini görməyə imkan verir.

Nubar Süleymanova, “İki sahil”