29 dekabr 2020 19:47
717

Türkiyə və Pakistan Vəkillər Kollegiyaları münaqişədən zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərmək istədiklərini bildiriblər

Münaqişənin başlandığı ərəfədə bir sıra ölkələrin xüsusilə - Türkiyə və Pakistan Vəkillər Kollegiyaları tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri Kollegiyaya göndərilib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan ediblər:

"Bundan baqşa, Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul edib".