09 avqust 2020 22:26
997

Türkiyədə 1 182 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 844 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 240 804 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 223 759 nəfər təşkil edir.