16 sentyabr 2019 17:42
674

Xam neft və bitumlu minerallardan alınan neft məhsullarının ixracının həcmi artıb

Yanvar-avqust aylarında Azərbaycandan 21 milyon 452 min 779 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Səkkiz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 10 milyard 458 milyon 785 min ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 19 milyon 934 min 911 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 10 milyard 493 milyon 533 min dollar təşkil etmişdi.