05 mart 2019 10:39
1233

Xarici görünüşə təsir edən vərdişlər

Gün ərzində mexaniki olaraq təkrarladığımız vərdişlərimiz var: əllərimizi kremləmək, saqqız çeynəmək, makiyaj etmək və ya telefonla məşğul olmaq kimi mexaniki vərdişlər. Təəssüf ki, bu vərdişlərdən bəziləri biz fərqində olmadan gözəllik və sağlamlığımıza mənfi təsir göstərə bilər.

İlk baxışdan zərərli görünməyən bəzi vərdişlərimizin mənfi təsirləri gündən-günə artmaqdadır.

Kompyuter önündə və ya dərs oxuyarkən əllərimizi üzümüzə söykəmək

Əksər hallarda, kompyuter qarşısında yorğunluq hiss etdiyiniz zaman əlimizi çənə və ya üzümüzə aparırıq. Lakin bu vəziyyət olduqca təhlükəlidir.

Çənənizin qolunuzla dəstəkləməsi yavaş-yavaş çənə sümüyü və qulağın arasına yerləşən hioid sümüyünə (dil sümüyünə) zərər verir.

Ayağınızı ayağınızın üstünə qoymaq

Bu hərəkət varikoz damarlarına zərər verən bir hərəkətdir. Uzun müddət ayağınızı ayağınızın üzərində saxlamaq qan axmasına mane olur və sağlamlıq problemləri yaradır.

Günəş kremini sadəcə üzə vurmaq

Günəş kremini sadəcə üzə tətbiq etmək kifayət deyil. Yaş artdıqca günəş işığının səbəb olduğu dəri zərərinə qarşı həssaslıq artır. Bu səbəblə, günəş kremi istifadə etdikdə sadəcə üzümüzə deyil, boyun və sinə sahəsinə də vurmalıyıq.

Duş qəbul etdikdən sonra saçı daramaq

Duşdan sonra saçlarınızı daramaq ən çox yayılmış və vərdiş halına gəlmiş  hərəkətlərdən biridir. Lakin bu, saçınıza zərər verə bilər. Bunun səbəbi yaş saçların quru saçlara nisbətən daha həssas olmasıdır və daradıqda zədələnir. Belə olduqda, saç tökülməsi halları da qaçılmaz olur.

Saçınızın gözəlliyini qorumaq üçün onları bir dəsmalla astaca qurutmalı, ya da  təbii şəkildə qurumasını gözləməlisiniz. Saçınız tamamilə quruduqdan sonra uzunluğu necə olursa olsun, saçlarınızın altından başlayaraq daramağa başlayın.

Yatmazdan öncə mobil telefonlarla vaxt keçirmək

Mobil telefonunuzda əks olunan mavi işıq normal yuxu rejiminizi pozacaq və melatonin hormonunu boğa bilən təsirə sahibdir. Bundan sonra immunitetiniz zəifləyir və orqanizmin endokrin sistemində problemlər yaranır.

Televizorda film izləmək

Alimlər uzun müddətdir ki, televiziya ekranlarında və mobil qurğularda əks olunan mavi işığın təhlükələrindən bəhs edirlər. Mavi işıq dərinin alt təbəqələrinə qədər çatan və sərbəst radikalları aktivləşdirən, dərinin elastikliyini və rahatlığını təmin edən kollageni məhv edən fermentlərin istehsalına səbəb olur.

Nəticədə dəriniz vaxtından tez yaşlana və dərinizdə ləkələr əmələ gələ bilər. Bəzi dermatoloqlar bunun üçün UV qoruyucu tərkibli kremlərdən istifadə etməyi məsləhət görür, bəzi insanlarsa bunun təsirsiz olduğunu  düşünürlər.

Yağlı dəridə kirşandan istifadə etmək

Dəriniz yağlıdırsa kirşandan istifadə etmək həmişə doğru üsul ola bilməz. Dərinizin yağlı olmasına baxmayaraq, üz dərinizdəki məsamələrin tıxanmasına və sızanaqların artmasına səbəb olur.

İlk olaraq, artıq yağ xüsusi ləkə kağızı ilə təmizlənməli və daha sonra kirşan tətbiq etmək lazımdır.

Saqqız çeynəmək

Tez-tez saqqız çeynəmək çənə quruluşunun pisləşməsinə səbəb ola bilər. Ağızın kənarlarında qırışların yaranmasına  da səbəb ola bilər. Buna görə də saqqızı kobud və sərt formada çeynəmək əvəzinə asta və yumşaq tərzdə çeynəyə bilərsiniz.

İsti su ilə duş qəbul etmək

Gərgin və stressli bir günün sonunda rahatlamaq üçün isti su ilə duş qəbul etməyi düşünə bilərsiniz. Lakin suyun temperaturunu yaxşı tənzimləmək lazımdır. Əks təqdirdə, isti suyun altında olan dərinizin balansı pisləşəcək və irritasiya, quruluq, infeksiya və qaşınma kimi problemlərlə qarşılaşacaqsınız.

Röya Rasimqızı, “İki sahil”