27 oktyabr 2020 17:36
586

Xorvatiyada koronavirusla mübarizə davam edir

Xorvatiyada koronavirusa yoluxanların sayı 10 min 725 nəfərə çatıb. AZƏRTAC Xorvatiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 311 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 191 nəfərdir, 7 min 968 nəfər sağalıb.

Qeyd edək ki, Xorvatiya hökuməti virusun artmasının qarşısını almaq üçün, vətəndaşları həmrəy olub, sanitar normalara riayət etməyə çağırır.