20 sentyabr 2019 20:27
813

YAP Salyan rayon təşkilatında seminar-müşavirə

Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbirdə çıxış edən YAP Salyan  rayon təşkilatının sədri Rəşad Cəbrayılov bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini bildirərək partiyanın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən  müəyyən tövsiyə və tapşırıqlar verilib. Məhz partiyanın Salyan  rayon təşkilatı da öz işini bu tövsiyə və tapşırıqlara  uyğun quracaqdır.

Rayon təşkilatının sədri, həmçinin bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: “Fəaliyyətləri daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunu sübut edir.  Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nə üçün hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmalarının səbəbi əslində heç kimə sirr deyil. Onlar xaricdəki antiazərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirirlər. Lakin xalqımız birmənalı olaraq Azərbaycan dövlətinin yanındadadır”.

Rəşad Cəbrayılov vurğulayıb ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr ölkəmizdə dəstək qazana bilməyəcəklər. Ona görə ki, ölkə vətəndaşları həmin dairələrin əməllərini qətiyyətlə pisləyir, onların avantürist çağrışlarına “yox” deyir.  

Seminar-müşavirədə, həmçinin, bir sıra cari məsələlər müzakirə edilməklə müvafiq qərarlar qəbul olunub. Eyni zamanda, partiyaya qəbul edilmiş yeni üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Elçin Zaman, “İki sahil”