05 iyul 2020 12:07
690

Yaponiyada leysan - 30-dan çox insan...

Yaponiyanın cənub-qərbində yağan güclü yağışların səbəb olduğu çayların dağılmalarının və torpaq sürüşmələrinin nəticəsində 30-dan çox insan həyatını itirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yapon ictimai televiziyası xəbər yayıb.

Qeyd olunur ki, ən az 16 nəfərin ölümü artıq həkimlər tərəfindən rəsmi olaraq təsdiqlənib, daha 17 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 13 nəfər itkin düşmüş sayılır.

Ən böyük zərbə bir neçə çayın bir anda daşdığı və geniş ərazilərin su basmasına səbəb olduqları Kumamoto prefekturuna dəyib, prefekturada qocalar evini su basıb - əraziyə gələn xilasedicilər 14 nəfərin cəsədini çıxara biliblər. Daha sonra təxminən 50 nəfər qocalar evinin sakinləri və müəssisənin işçiləri xilas edilib.

Son məlumatlara görə, 200 mindən çox insan bəzi ərazilərdə maksimal - beşinci səviyyəli təhlükə səviyyəsinin davam etdiyi Kumamoto və Kagoşima prefekturalarında evakuasiya üçün tövsiyələr və ya təlimatlar alıblar ki, bu da insanların həyatı üçün dərhal təhlükənin olduğunu göstərir.