06 avqust 2020 18:25
988

Yardımlıda tütün dərilir

Artıq bir-neçə ildir  ki, dağ rayonu olan Yardımlının kənd  təsərrüfatına  tütünçülüyün  inkişafına  xüsusi diqqət yetirilir.

Yardımlı tütünçülərin  bildirki nəticələri daha sevindirici olmuşdur. 43 ton  keyfiyyətli  tütün tədarük edən tarla bahadırları  arzuladığı qazançı əldə edə biliblər. Tütünçülər car ilin  məhsulunda da razıdırlar. Gərgin zəhmət hesabına əkib-becərdikləri   31 hektar tütün plantasiyasında  bir-birinin ardınca cərgələnən kollar bol yarpaq gətirib. İndi əsas  vəzifə  bu  barı-bərəkəti tezliklə müddətdə  toplayıb tədarük məntəqələrinə  təhvil verməkdir.

Tütünçülər  hər səhər yetişmiş yarpaqları səliqə ilə yığırlar.  İndiyə kimi  yığılan  yaş yarpaq  15 tona çatar. Bunun da 3 tonu tədarük  olunub.   Mövsümün  sonuna qədər tütünçülər plantasiyalardan  50 tona yaxın məsul  əldə etməyə tam əmindirlər.  

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü