09 fevral 2020 16:30
1261

Yelena Brızqalina: Komissiyalar çox dəqiq işləyir

Azərbaycanda parlament seçkiləri müvafiq səviyyədə keçir. 

Secki-2020.az saytının xəbərinə görə, bunu Rusiyadan müşahidəçilər missiyasının üzvü Yelena Brızqalina deyib.

O, seçkilərin yaxşı təşkil olunduğunu deyib: “Komissiyalar çox dəqiq işləyir. Hava şəraiti yaxşı deyil, amma mən ümid edirəm ki, bu insanlara seçki məntəqəsinə gəlməyə və seçdikləri namizədə səs verməyə mane olmayacaq”.