11 aprel 2020 10:33
1460

Yemelyanenko Ramzan Kadırovun oğlu ilə döyüşdü - VİDEO

Rusiyalı MMA ustası Aleksandr Yemelyanenko Çeçenistan prezidenti Ramzan Kadırovun 12 yaşlı oğlu Adam Kadırovla məşq xarakterli döyüş keçirib.

"Report"un məlumatına görə, 39 yaşlı idmançı həmin videonu özünün "Instagram" səhifəsində paylaşıb.

Məşqin gedişində A.Yemelyanenko R.Kadırovun oğluna müəyyən göstərişlərlə kömək edib.

Qeyd edək ki, Aleksandr Yemelyanenko hazırda Ramzan Kadırovun iqamətgahında qalır. Onun ağır çəkidə Məhəmməd İsmayılovla döyüşü koronavirusa görə təxirə salınıb. A.Yemelyanenko MMA-da 28 qələbə qazanıb, 7 dəfə uduzub. Onun bir döyüşü isə heç-heçə ilə yekunlaşıb.