04 noyabr 2019 17:11
688

Yerevanda Rusiya aviabazasının anqarı yanır

Yerevanın “Erebuni” aerodromunda anqarın dam örtüyü yanır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, yanğının söndürülməsində 10 yanğınsöndürmə briqadası iştirak edir.

Xəsarət alanlar barədə hər hansı məlumat verilməyib.

Həmin aerodromda Rusiyanın aviabazası yerləşir.