18 oktyabr 2018 00:13
1620

Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb

Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiyada rəsmi səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi arasında danışıqlar aparılıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Rusiyanın və Misirin xarici işlər nazirlikləri arasında Strateji siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb, terrorizmə qarşı mübarizənin əlaqələndirilməsi, Əd-Dabaada Atom Elektrik Stansiyası tikintisi, Misirdə Rusiya sənaye zonası yaradılması, Rusiyadan Misirə turist axınının, habelə Rusiya və Misir şəhərləri arasında birbaşa aviareyslərin bərpa olunması məsələləri müzakirə edilib.