06 oktyabr 2018 15:47
2620

“Sıla məni şoka saldı...”

Bir müddət bundan əvvəl iş adamı Okan Kurtla boşanan pop ifaçısı Demet Akalın açıqlama verib.

Qafqazinfo xəbər verir ki, qızı Hira ilə İstanbulda görüntülənən müğənni keçmiş əri ilə görüşmədiyini bildirib:

"Dostlar, qızım yanımdadır. Bu barədə suallar verməyin. Okan bəylə görüşmürəm. Mən, eks-ərim və qızımın adının baş həriflərindən ibarət "DOH" nömrəli maşını qısa zaman ərzində dəyişdirəcəm".

Akalın çətin günlərində ilk olaraq Sılanın ona dəstək olduğunu qeyd edib: "Gərgin anlarımda Sezen Aksu, Gülben Ergen, Hülya Avşar zəng vurub dəstək oldular. Hətta Sıla da... Xanımı o qədər tənqid etmişdim, buna rəğmən məndən dəstəyini əsirgəmədi. İlk o yanımdaydı, Sıla məni şoka saldı. İllər əvvəl ailəm ilə münasibətlərimi korlayan İbrahim Tatlıses belə məni diqqətsiz qoymadı. Allah razı olsun".