12 oktyabr 2018 14:18
1812

Qlobal istiləşmənin əlamətləri

Qlobal istiləşməni təkcə hiss etmək yox, həmçinin onun əlamətlərini  hər yerdə  görmək mümkündür. Bunun üçün bir neçə müəyyən olunmuş iqlim dəyişikliklərinə nəzər yetirmək kifayət edir.

Buzlar əriyir

“Nasa Grace” peykinin verdiyi məlumata görə, dünyada bütün buzlar əriməyə başlayıb və 2002 - ci ildən etibarən 279 milyard buz dağları yoxa çıxıb.

Qasırğalar  güclənir

Son 30 ildə daha çox nəhəng qasırğa baş verib və onların sürəti saatda 179 kilometrə bərabər olub. Araşdırmalar göstərir ki, Atlantikada birinci  qasırğa bir ay tez başlayır, nəinki 30 il bundan qabaq, fırtına isə asta hərəkət edir və bu da öz növbəsində ağır nəticələrə səbəb olur.

Dənizlər böyüyür

1993-cü illə müqayisədə bütün dünyada dənizlər təxminən 8 santimetr böyüyüb. Bu, bir o qədər də, geniş səslənməsə də, bu ölçü Birləşmiş Ştatları 3 metr dərinliyində suya qərq edə bilər.

Meşə yanğınları daha çox sahəni əhatəsinə alır

ABŞ -da  meşə yanğınları 30 il bundan əvvəlki meşə yanğınları ilə müqayisədə iki dəfə çox artıb. Təkcə elə  keçən il təxminən 4000000 hektar sahə yanğına məruz qalıb.

Gəmirici heyvanlar miqrasiya edir

Birləşmiş Ştatların qərb hissəsində bir çox gəmiricilərin, əsasən də otyığan adlandırdığımız gəmiricilərin ilin daha çox soyuq fəsillərinə ehtiyacları olur. Belə bir mühit azaldığına görə, heyvanlar yeni məkanlar axtarmağa çalışırlar. Ekspertlər iqlim dəyişikliyini gəmirici heyvanların miqrasiya etməsi ilə tam şəkildə əlaqələndirməyiblər, lakin gəmirici heyvanların  məhz iqlimində dəyişiklik olan rayonlardan miqrasiya etməsini müşahidə ediblər.

Yağıntılar artır

Bir günlük leysan yağış norması  son 30 ildə 80% artıb. ABŞ-ın Merilend ştatında təkcə 2016-cı ildə min illik leysan yağışları yağıb.

Qütb ayıları yox olur

90-cı illərin axırlarından etibarən  Alyaskanın bəzi hissələrində ağ ayıların sayı 40% azalıb. Yaxın son illərdə alimlər ağ ayıların çəkisini  ölçəndə onların çəki artımı müşahidə edilən dövründə əksinə 1,3 - 2,5 kiloqram çəki itirdiklərinin şahidi olublar.