15 oktyabr 2018 15:14
1555

Qırmızı işıqda keçənlərə qarşı qeyri-adi cəza

Çində piyadaların hərəkətini tənzimləyən yeni qurğu istehsal edilib.

İstehsalçılar hazırladıqları turniketlə piyadaların qırmızı işıqda keçməsinin qarşısını almağı hədəfləyirlər. Piyada zolağının qarşısında quraşdırılan qurğunun üzərindəki “X” işarəsi qırmızı olanda hərəkət etməyə icazə verilmir. 

Əgər piyada bu halda qarşı tərəfə keçməyə cəhd edərsə, qurğu onların üzərinə su buxarı vurur. Piyadalar yalnız hərəkətə icazə verildikdə qarşı tərəfə keçə bilərlər.