15 may 2018 01:16
3063

Hitlerin də axtardığı Şambala haradadır?

Hitlerin də axtardığı Şambala yadplanetlilərin mərkəzidir — QƏDİM KİTABLAR DANIŞIR

Hindistanın və Tibetin qədim mətnlərində Şambala adlı çarlıqdan bəhs edilir.

“Ölkə.Az” xəbər verir ki, bir çox əfsanə bu çarlığın sakinlərinin həyatı haqqında məlumat verir. Şambala haqqında ilk məlumata Tibet buddizminin “Kancur” və “Tancur” müqəddəs kitablarında rast gəlinir.

XI əsrdə Şambala haqqında məlumat olan kitablar sanskrit dilindən Tibet dilinə tərcümə edilir. O dövrdən etibarən Tibet və Monqolustandan olan bir sıra şair, yoqa və alimlər bu müəmmalı ölkə haqqında əlavə mətnlər yaradıblar.

Ənənəvi fikirə əsasən, Şambala qarlı zirvənin altında yerləşir. Bu əfsanəvi çarlıq dəbdəbə və sərvətlə zəngindir. Şambalanın paytaxtı Kalapadır. Dəbdəbəli sarayda yaşayan çar ölkəni idarə edir. Hətta gecələr də şəhər parlaq işıqa qərq olur. Komfortlu otaqlarda tempratur ilin istənilən fəslində normaldır. Tibet lamaları Şambalanı səma çarlığı kimi təsvir edirlər. Xaçşəkilli qarlı dağın mərkəzində çar Rudra Çakrinin məbədi ucalır.

Qədim mətinlərdə döşəməyə və dam örtüyünə yerləşdirilən kristallardan söhbət açılır. Bu kristallar arzuya uyğun olaraq isti və soyuq buraxır. Ən  maraqlısı isə bu sarayda sirli güzgülərin və eşitmə pəncərələrinin olmasıdır. Eşitmə pəncərəsi elə quraşdırılıb ki, digər dünyalardakı həyatı görmək mümkündür. Çar isə güzgü vasitəsilə sarayda və saraydan kənarda baş verənləri müşahidə edə bilir.

Bu gizli çarlığın bir sıra atributları var. Qədim mətnlərdə külək sürətinə sahib daş atlardan bəhs edilir. Bundan başqa daşdan hazırlanan uçan arabalardan da söz açılır. Belə çıxır ki, Şambala sakinləri uçan obyektlərlə tanış idilər? Hazırda yaşayan lamalar iddia edirlər ki, daş atlar deyəndə uçan aparatlar nəzərdə tutulur.

Hazırda Tibet monastrlarında daş deyəndə nəyin nəzərdə tutulduğu müzakirə edilir: yanacaq yoxsa konkret material?

Tibet mətnlərinə əsasən, Şambala Tibetdən şimalda, Himalayın qarlı zirvələri arasında yerləşir. Sonrakı mətnlərə əsasən isə Şambala Şimali Hindistandakı müqəddəs buddizm mərkəzi Bodx-Qayyadan şimalda yerləşir. Tibetin çoxsaylı monastrları əsrlər boyu Şambalanı tapmağa çalışıblar. Bəziləri Şambalanın Şimali Tibetdə, digərləri isə Şimal yarımkürəsində olduğuna inanırlar. Elələri də var ki, Nyu-York şəhərinin adını çəkir.
Amma nəzərdən qaçırılan bir məsələ var: Adi insan Şambalanı görə bilərmi? Əgər Şambala həqiqətən Yerdədirsə, niyə bu qədər gizli qalır? Son elmi araşdırmalara görə, Şambalanın planetimizdə olma ehtimalı çox zəifdir.

Peyklərdən əldə edilən kosmik fotolara əsasən, səkkizguşəli lotos gülünü xatırladan heç bir dağ silisəsi yoxdur. Çünki qədim mətnlərə əsasən Şambala məhz belə görünüşə malikdir. Budda monaxları Şambalanı Yerdə axtarsalar da, digər monaxlar bəyan edirlər ki, Şambala tanrıların səmasında yerləşir.
Bəzi tibetlilər Şambalanı ulduzlarda, bəziləri isə digər planetlərdə axtarırlar. Bu məsələni hətta Dalay-lama da müzakirə edib.

Bəlkə Şambala hansısa yadplanetli sivilizasiyadır? Bu barədə məlumatı tibetlilər nə vaxtsa uçub gələn yadplanetlilərdən əldə ediblər? Bəlkə də bu, zaman və məkan anlayışından kənarda mövcud olan sirli çarlıqdır? Bəziləri də iddia edir ki, Şambala digər ölçü və ya paralel dünyalardadır.

Şambalaya gedən yol

Maraqlıdır ki, Şambalaya gedən yolu göstərən “bələdçi” var. Amma bu o qədər qədim termin və anlayışlarla zəngindir ki, baş çıxarmaq çox çətindir. Yol Hindistan və Tibetdəki məntəqələrdən başlayır. Bəzi yerlər isə uzaq şimaldadır.

Bütün yollar səyyahı hansısa aşırıma aparır. Buradan sonra isə o, səfərini göydə davam etməlidir. 1557-ci ildə qələmə alınan mətndə məhz belə deyilir:
“Bu  zaman seçilmişlər səni çiyinlərində qızıl zınqırovların musiqisinə aparacaqlar və dağ zirvəsindən səmaya ucaldacaqlar. Onların sehrli gücü sayəsində sən külək kimi uçacaqsan və hətta buludları ötəcəksən”.

XVII əsrdə qələmə alınan və sanskrit dilindən tərcümə edilən “Kalapar Yyuqpa” mətninə əsasən, səyahət qarlı zirvədə başa çatacaq. Mətnə əsasən, burada “iblislər” yaşayır və onlar səyyahı Şambalaya aparmaq vəzifəsini daşıyırlar.

Bəzi Tibet lamaları əmindirlər ki, Şambalaya müasir təyyarələrlə səfər etmək mənasızdır. Çünki bu səfərdə çoxsaylı əngəl və çətinlikləri aşmaq üçün sirli gücə sahib olmaq lazımdır. Lama Kunqpa Rinpoçe deyir:

“Bu, Aya uçmaq kimi bir şeydir. Aya raketsiz uçmaq mümkündür?”

Sadə tibetlilər isə Şambalanın səmada, buludların arxasında olduğuna inanırlar. Qədim Tibetdə səyyar rəssamlar, yəni lama-manilər olub. Onlar bir sıra bayramlarda iştirak ediblər. Bu bayramlarda isə Şambayala yol təsvir edilib. Bundan başqa onlar mahnı oxuyur və səfərləri, çoxsaylı çətinliklər barədə şer oxuyurdular. Onların rəsm əsərlərində Şambalaya gedən yolun qarlı zirvə ilə sona çatdığı görünür. Buradan isə buludlara pilləkən açılır!
Rəsmə müasir insan gözü ilə baxanda pilləkən deyiləndə kosmodrom tipli bir şeyin nəzərdə tutulduğu görünür. Bəzi Tibet rəsmlərində isə səyyahların Şambalaya qalxması təsriv edilib. Onlar göyqurşağı ilə qalxırlar. Bir çox lamalar iddia edir ki, seçilmiş yoqalar Şambalaya astral bədən ilə səfər edə bilərlər. Bir çox buddist isə ömrü boyu dua edir ki, Şambalaya çatsın.

Hücum yoxsa dostcasına əlaqə?

Bir Tibet öncəgörməsində bildirilir ki, bir dəfə “barbarlar”ın “şər ruhu” təşrif buyuracaq. Amma bunu bir çox Yer sakini görməyəcək, çünki hələ də Şambala çarlığı var!
Bəzi lamaların fikrinə görə, “barbarlar” imkanlarında olan texniki vasitələrin köməyi ilə Şambalanın mövcudluğunu öyrənib ora səfər edəcəklər. Bu texniki vasitələr deyəndə planetlər arası kosmik gəmilər nəzərdə tutulur. Bu öncəgörməyə əsasən, bu əlaqə dünyəvi qarşılıqlı anlaşmaya səbəb olacaq. Şambalanın hökmdarı Rudra Çak-rin yadplanetliləri qonaqpərvərliklə qarşılamağı əmr edəcək. Onların liderinə dünyanı birlikdə idarə etməyi təklif edəcək. Bir müddət sonra “barbarlar”ın hökmdarı vahid hökmdar olmaq fikrinə düşəcək.
Onlar uçan aparatları ilə Şambalaya hücum edəcəklər və səma müharibəsi başlayacaq. Amma Rudra Çak-rin onlara qarşı müharibəyə qalxacaq.  Mətndə deyilir ki, çar nəhayət Şambalanın zirvəsinə qalxacaq və “barbarlar”a ölümcül zərbə vuracaq. Bəzi lamalar bildirir ki, qələbədən sonra səltənətini dünyaya gətirəcək.

Sonuncu döyüşdən sonra dəmir araba göydən yerə düşəcək və Rudra Çak-rinin hakimiyyətinin yeni mərhələsinin simvolu olacaq.
Bəzi yoqalar dəmir arabanı görüblər (trans vəziyyətdə). Onların hamısı deyir ki, dəmir araba hansısa evə yaxınlaşır və bu bizim planetimizdir.
Rudra Çak-rin isə qələbədən sonra hakimiyyətini bütün dünyaya yayacaq və yeni, Qızıl əsr başlayacaq. Xəstəlik və iztirab olmayacaq, insanlar uzun və xoşbəxt ömr sürəcəklər. Heç kəs çörək qazanmaq üçün əziyyət çəkməyəcək. Qida öz-özünə yaranacaq və insanların sehrli gücü olacaq. Elm və texnika inkişaf edəcək və ancaq dinc məqsədlərə xidmət edəcək.

Bütün bu öncəgörmələr dünyanın sonu haqqında məlumatlarda var. Şambala haqqında əfsanə isə onlardan biridir. Əslində Şambala haradadır?