14 dekabr 2017 14:53
1312

Dünyanın ən maraqlı körpələri

Dünyada çox maraqlı körpələr doğulur. Bəziləri çox zəifdir, bəziləri kök, bəzilərində isə dünyada analoqu olmayan xəstəliklər müşahidə olunur.

Dünyanın ən kiçik körpəsi

Amilla Taylor dünyanın ən kiçik körpəsi sayılır. 24 oktyabr 2006-cı ildə dünyaya gələn Amilla 21 həftə 6 gün yaşadı. Ana bətnində 23 həftə “qonaq olan” Amillanın yaşaması bir möcüzə idi. Çünki bu günə qədər ana bətnində 23 həftə yaşayan heç bir körpə olmamışdır. Ancaq Amilla nəinki nəfəs almağa çalışdı, hətta özündə güc taparaq ağladı da.

Dünyanın ən kök körpəsi

İranda doğulan bu körpənin çəkisi 20 kq-dır. 3,6 kiloqram ağırlığında doğulan körpə  sürətlə kökəlməyə başladı. Həkimlər də yeməkdən doymayan körpənin xəstəliyinin səbəbini tapa bilmədilər.

Alnının ortasında gözü olan körpə

Bir gözlü körpə  2006-cı ildə Hindistanda doğulub. Burunsuz, tək gözlə doğulan körpədə müxtəlif deformasiyalar da var idi. Xəstəxananın verdiyi hesabatda körpənin bu cür doğulmasının xromosom zədələnmələri ilə əlaqəli olduğunu bildirirlər. Bu qədər deformasiya ilə doğulan körpə bir gün yaşaya bildi.

Qurbağa uşaq

Qəribə görünüşlü körpə 2006-cı ildə Charikot şəhərində anadan olmuşdur. Gözləri bərəlmiş, boyunsuz körpə sanki qurbağanı xatırladırdı. Qurbağa görünüşlü uşağın doğum xəbəri tezliklə yayıldı. Onu görmək üçün yüzlərlə adam xəstəxanaya axın etdi. Xəstəxanaya olan izdihamı dayandırmaq üçün polisi cəlb etdilər. Bu qəribə məxluq 1,5 saat yaşaya bildi.

Üçqollu körpə

2006-ci ildə Çində üçqollu  dünyaya gələn Liu Jungienin üçüncü qolu eynilə digər qolları kimi inkişaf etmişdi. Həkimlər bu kimi halın çox nadir hallarda baş verdiyini bildirirlər. Çünki bu kimi qeyri-anormal meydana gəlmiş orqanlar adətən inkişafdan qalırlar. Liudə isə hər üç qol eyni şəkildə inkişaf etmiş, əl və barmaqları isə inkişafdan qalmışdı.

7.75 kiloqram doğulan körpə

12 uşaq sahibi olan 43 yaşlı sibirli Tatyana Barabanova 13-cü uşağını dünyaya gətirəndə çox təəccübləndi. Uşaq 7,75 kq doğulmuşdu.  Tatyana bildirmişdir ki, maddi durumları aşağı olduğu üçün xüsusi qidalarla bəslənməyib. Yalnız kartof, əriştə və pomidor yeyib.

İzmirdə tək yumurta üçəmləri

Erdem-Fulya Aksakal cütlüyünün ilk uşaqları olan və 100 min doğumda bir rastlaşılan  tək yumurta üçəmləri  Ece, Elif və Ceylin İzmirin ‘nadir’ uşaqları siyahısına daxil oldular. Uşaqların atası bildirir ki, üçəm uşaqlarımızın doğulacağını deyən həkimlər hamiləliyə son qoyulmasını bildirdilər. Çünki uşaqların üçü də bir  yumurta üçəmləri idi. Bu uşaqların birinin inkişafı digərinə mane ola bilərdi. Və fəsadlar da qaçılmaz idi. Ancaq həyat yoldaşımla bütün ola biləcək mənfilikləri gözə alaraq uşaqların ana bətnində tələf olmasına yol vermədik. Əvvəlcə çox zəif olan üçəmlər sürətlə böyüyərək yaşıdlarına yetişdilər. Üçəm atası olmaqdan qürur hissi keçirirəm.

Şəmsiyyə Əliqızı, “İki sahil”