09 dekabr 2017 00:46
1091

"Lamborghini Urus" krossoveri təqdim edildi

"Lamborghini" şirkəti yeni krossoverini təqdim edib.

"Urus" şirkət tarixinin sayca ikinci yolsuzluq avtomobilidir.

Yeni model "Volkswagen MLB evo" avtomobilinin platformasında yığılıb.

Qabaritləri 5112*2016*1638 mm olan "Urus"un çəkisi 2154 kq-dır.

Kapotun altına V8 obrazlı, 4 litr həmcli turbo kompressorlu mühərrik yerləşdirilib. 650 at gücü olan aqreqat 8 pilləli sürətlər qutusu ilə işləyir. Yerindən 100 km/saat sürəti əldə etmək üçün cəmi 3.6 saniyə vaxt lazımdır. 200 km/saat sürət üçün isə 12.8 saniyə vaxt tələb edilir. Avtomobilin maksimal sürəti 305 km/saatdır.