Robert Dadlin "Dostluq" ordeni ilə təltif edildi

14 sentyabr 2017 19:58
255

Prezident İlham Əliyev Robert Dadlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Robert Uorren Dadlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP qrupunun baş icraçı direktoru Robert Uorren Dadli “Dostluq” ordeni ilə təltif edilsin.