31 oktyabr 2018 15:31
2456

FTX-nın binası yaxınlığında partlayış

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelskdəki binasının yaxınlığında partlayış baş verib. İnsident nəticəsində bir nəfər dünyasını dəyişib.

Bu barədə “TASS” agentliyi fövqəladə xidmət orqanına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, həmin şəxs partlayışın baş verdiyi ərazidəki insanlara kömək edərkən həyatını itirib. Onun Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olmadığı bildirilib. 

Hazırda hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadası, həmçinin operativ əməliyyat xidmətinin əməkdaşları cəlb olunublar. Partlayışın baş vermə səbəbləri araşdırılır.