22 sentyabr 2017 16:19
713

1 milyard dollara səfirlik binası tikilir

ABŞ-ın dünyadakı ən bahalı səfirlik binası Britaniyanın paytaxtı Londonda inşa olunur.

Filadelfiya ştatındakı "KieranTimberlake's design" memarlıq bürosunun layihəsi əsasında tikilən binanın dəyəri 1 milyard dollardır.

Milli.Az bildirir ki, Birləşmiş Ştatların Londondakı səfirliyinin açılışı bu ilin sonunda olacaq.

ABŞ səfirliyinin təhlükəsizliyini təmin etmək üçün binanın ətrafında hovuz formasında nohur qazılıb. Üstəlik, binadan ətraf küçələrə tam mənzərə açıldığından səfirliyə yaxınlaşan hər kəs dərhal görünür.

Səfirliyin yeni, Londonun "Nine Elms" səmtindəki 12 mərtəbəli binası hələ bu baharda istifadəyə verilməli olsa da, inşaat işləri hələ davam edir.

Bina Temza çayının cənub sahilində, "Battersea" elektrostansiyasından şərqdə yerləşir.

1000 əməkdaşın çalışacağı binanın ümumi sahəsi 45058 kvadrat metrdir.