22 sentyabr 2017 14:34
510

Xəstədən 76 santimetr uzunluğunda şiş çıxardılıb

Çində həkimlər qeyri-adi əməliyyat həyata keçiriblər. Belə ki, onlar əməliyyat zamanı xəstədən uzunluğu 76 santimetr olan şiş xaric ediblər.

Xoşbəxtlikdən 22 yaşlı oğlan sağ qalıb. İndi o artıq rahat hərəkət edə bilər.

Gənc oğlanda “Qirşprunqa” xəstəliyi hələ o körpə olarkən əmələ gəlməyə başlayıb. Zamanla şiş böyüməyə davam edib. O nə yeyə, nə də içə bilib. Həyatda qalması üçün ona daim vitaminlər vurulub.

Çin həkimləri uğurlu əməliyyat keçirərək oğlanın həyatını xilas etməyə nail olublar. Onlar üçün bu böyüklükdə şiş həkimlik fəaliyyəti dövründə bir ilk olub.

Könül Əliyeva, “İki sahil”