21 sentyabr 2017 22:42
716

Türkiyədə bəyə “Bitcoin” taxıldı

Türkiyədə toyda maraqlı anlar yaşanıb.

İstanbul sakinləri Dəmət Sarıaltun ilə Enes Kolukırıkın toyunda bəyin dostlarından biri toy hədiyyəsi olaraq ona "Bitcoin” verib.

Belə ki, bəyin dostu "Bitcoin” hesabı vasitəsilə bəyin hesabına 30 dollar köçürüb.

Qeyd edək ki, indiyə qədər türk toylarında bəyə və gəlinə qızıl, pul hədiyyə edilirdi.