17 oktyabr 2018 00:13
1983

Vera Brejneva çılpaq fotosunu yaydı

Məşhur "VİA Qra" qrupunun cazibədar eks-solisti, ukraynalı müğənni Vera Brejneva çılpaq fotosu ilə gündəmə gəlib. 

Qafqazinfo xəbər verir ki, 36 yaşlı ifaçı 10 milyona yaxın izləyicisi olan instaqram səhifəsində şəkil paylaşıb. 

Vera  müzakirələrə səbəb olan paylaşıma belə şərh yazıb: "Hansı yaxşıdır? İdeal olmayan foto, yoxsa ideal fotoşop?"

Sözügedən şəkil 200 minə yaxın insan tərəfindən bəyənilib, 2500-dən çox şərh yazılıb. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti isə Brejnevanın fotoşopdan istifadəyə ehtiyacının olmadığını bildirib.