17 noyabr 2017 14:01
704

“Titanik"də tapılan məktub inanılmaz qiymətə satılıb

Məktub 1912-ci il 13 aprel tarixində amerikalı biznesmen Oskar Holverson tərəfindən yazılıb.

Qeyd olunur ki, məktub “Titanikin" aysberqlə toqquşması ərəfəsində  yazılıb. Biznesmen Holverson gəmidə xilas olunanlar sırasında olan həyat yoldaşı Meri ilə səyahət edib. Holverson yazdığı məktubu anasına ünvanlamışdı.  O, məktubda səyahətin təəssüratlarını paylaşıb.

Məktub Holversonun cənazəsi tapılandan sonra cibində olan qeyd dəfətərinin arasında aşkar olunub.

Ünvanına çatmayan məktub rekord qiymətə satışa çıxarılıb. Belə ki, məktub naməlum şəxs tərəfindən 126 min funt sterlinqə alınıb.

Könül Əliyeva, “İki sahil”