KÖŞƏ

Zahid Rza

Əli Kərimli və Qənimət Zahid xəyanətlər burulğanında

24 may 2017 23:52
6361

“Eurovision-2012”, “Bakı-2015” I Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən sonra Odlar Yurdu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa vuraraq bu beynəlxalq tədbirin yeni model və standartlarını ortaya qoydu. Təbii ki, bu gün mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi tanınan Azərbaycan bütün bunlara dəqiq müəyyənləşdirilmiş prioritetlər, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizmi, milli maraqların qorunması, müasir Azərbaycanın dinamik inkişafını və beynəlxalq aləmdə söz sahibinə çevrilməsini təmin edən başlıca amillərin sayəsində nail olub.

Çox təəssüf ki, Azərbaycanın güclənməsini və müstəqil siyasət yeritməsini gözü götürməyən müəyyən dairələr, erməni lobbisinin və antiazərbaycan qüvvələrin təsiri altında olan bəzi beynəlxalq hüquq müdafiə təşkilatları ənənələrinə sadiq qalaraq IVİslam Oyunları ərəfəsində və onun davam etdiyi günlərdə ölkəmizə qarşı qarayaxma kampaniyasını bir az da genişləndirdilər. Ancaq bütün cəhdlərə baxmayaraq antiazərbaycan dairələrin və erməni lobbisinin çirkli pulları, antimilli ünsürlərin “lideri” Əli Kərimlinin dirijorluğu ilə “fəallaşan” Qənimət Zahid, “Meydan TV”nin icraçı direktoru Emin Milli, onların ətrafındakı  fərari tör-töküntülərin ölkəmizə qarşı  total qarayaxma kampaniyası birmənalı olaraq fiaskoya uğradı.  Erməni lobbisinin, Azərbaycan əleyhdarlarının maşası olan antimilli ünsürlərin, bəzi fərari “mühacirlərin” dağıdıcı müxalifət partiyalarının “lider”lərinin, xüsuslə AXCP sədri Əli Kərimlinin və onun inhisarında olan mətbuat orqanlarının muzdlu nökərlərinin ölkəmizin əleyhinə fəaliyyəti insanda ikrah hissi yaradır. Bir müddət bundan əvvəl FETÖ şəbəkəsi ilə bağlı baş verən proseslər bu üzdəniraq qaragüruhun əməllərinə işıq salaraq onların simasızlığını tam çılpaqlığı ilə ortaya çıxardı. Birbaşa Ə. Kərimlinin  sifarişlərini yerinə yetirərək bu zatın redaktəsi ilə fəaliyət göstərən, onun “Azadlıq info”, “Azadlıq Radiosu”, məlum marginal qrupun ən fəal üzvlərindən olan Qənimət Zahidin üzdəniraq “Azərbaycan saatı” və onların cərgəsində yer alan bəzi internet media orqanları həmin simasızlığın lap mərkəzində yer alaraq ölkəmizə qarşı şər-böhtan kampaniyasını amansızcasına davam etdirirlər.

Həmişə obyektivlikdən, peşəkarlıqdan dəm vuran bu saxta “demokratlar” nədənsə mətbuatın, qəzetçiliyin bu kimi əsas kriteriyalarına əməl etmirlər. Daha doğrusu, bu kriteriyalar onlara sərf etmir. Ölkədəki demokratik şəraitdən, söz, mətbuat azadlığından su-istifadə edən “Azadlıq”çıların, qənimət kimilərin qələmindən ancaq zəhər-zəmbərək iftiralar, şər-böhtan, əsassız ittihamlar tökülür. Milli maraqlardan, erməni işğalından, bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərindən yazmaq, danışmaq isə heç onların yadına da düşmür.

Ancaq üzdəniraqlar unudurlar ki, tutduqları düzgün yol deyil. Müxalfətçilik belə olmur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan belələri nədənsə hər şeydən əvvəl vətəndaşlıq borclarını “yaddan çıxarırlar”. Bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə  gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır.