Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilədən sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurova məxsus 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə B.Teymurovun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu yığaraq məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.