23 sentyabr 2018 02:09
1919

İrandakı terrorda ölənlərin sayı 28-ə çatıb

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.

AzVision.az xəbər verir ki, bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 60 nəfər yaralanıb.

Qeyd olunub ki, hücum edən şəxslərdən 3-ü hadisə yerində məhv edilib, digərləri isə xəstəxanada ölüb.