21 noyabr 2018 18:16
2747

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İDYM" MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax stansiyasının cüt boğazında 5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.