KÖŞƏ

Nilufər Mustafaqızı

Zavallı ölkənin bugünkü gerçəklikləri

10 iyun 2019 10:26
6262

İşğalçı Ermənistanda yarıtmaz hökumətin bacarıqsızlıqları davam etdikcə xalq arasındakı narazılıqlar da güclənir. Hakimiyyətə gəldiyi hələ ilk ildə bu qədər problemlərlə üzləşən Paşinyan hökumətinin gülünc vəziyyəti sadə erməni xalqını çilədən çıxarıb desək, tam olaraq yerinə düşərdi. İctimai-siyasi vəziyyətin gərgin olaraq davam etməsi bu dəfə də Nikol Paşinyanın əleyhdarlarını nümayişlər keçirməyə sövq edib. 

Daşnaklar və onları dəstəkləyən qruplar yeni hökumət əleyhinə itaətsizlik aksiyalarına başlayıblar. Aksiya iştirakçılarının yeganə tələbləri isə Paşinyan və onun komandasının tez bir zamanda istefaya getmələridir.  Narazı kütlənin fəallarından olan   Menua Arutunyan iddia edir ki, yeni rejim də ölkəni fəlakətə, uçuruma sürükləyir. Erməni mətbuatının məlumatlarına görə, M.Arutyan bildirib ki,  onlar  bu qədər özbaşınalığa göz yuma bilmirlər. “Paşinyan və onun komandası etibarını itirib. Bu şəxs hakimiyyətə sanki qisas məqsədi ilə gəlib.”

Öz çıxışında N.Paşinyanın elə hakimiyyətə gəldiyi ilk gündən indiyə qədər olan fəaliyyətini göz önünə sərərək analiz edən M.Arutyan bildirib ki, ölkədə hadisələrin təhlilini aparmaq belə biabırçılıqdır. Parlamentdə ilk dəfə olaraq beşpartiyalı sistemdən üçpartiyalı sistemə keçilməsi,  deputatların sayının 111-dən 222-yə çatdırılması Paşinyanın məqsədyönsüz, uğursuz siyasətinin göstəricisidir. Onsuz da ölkəni ağuşuna alan sosial sıxıntıların mövcudluğu, eyni zamanda xarici borcun girdabında üzən bir ölkə üçün bunların gərəksiz addımlar olduğunu deyən  M.Arutyan vəziyyətin belə davam edəcəyi təqdirdə Ermənistanı daha da ağır günlərin gözlədiyini söyləyib.

N.Paşinyanın hakimiyyəti ilinə təsadüf edən növbəti uğursuzluqlardan biri də “Daşnaksütyun” partiyasının parlamentdə təmsilçilik hüququnu itirməsidir. Ümumiyyətlə,  bu siyasi təşkilata qarşı ölkədə son vaxtlar repressiyalar başlayıb deyən aksiya iştirakçıları  Paşinyan və onun tərəfdarlarının daşnaklara qarşı çıxmaları ilə bağlı olan narahatçılıqlarını bildiriblər.  Onlar bu siyasi təşkilatın üzvlərini satqınlıqda günahlandırırlar və  bildirirlər  ki, Daşnaksütyun partiyası uzun illərdir ki, Koçaryan-Sarkisyan qruplaşması ilə birləşərək ölkəni talamaqla məşğul olub. Ermənistanın bugünkü ağır vəziyyətinin yeganə günahkarı onlardır. Bu səbəbdən də yeni hökumət iqtisadi islahatlardan əvvəl keçmiş hərbi xunta rejiminin üzvlərini zərərsizləşdirir.

Sadalanan bu faktlar bir daha sübut edir ki, Ermənistan həqiqətən məhvə məhkum olan və zavallı bir ölkədir. Sadəcə  bir il hakimiyyətdə olaraq bu qədər uğursuzluqlara imza atmaq isə elə ancaq erməni xalqının nümayəndəsinə yaraşa biləcək bir “qabiliyyət” ola bilərdi.